04.11.2015
Avtoxəbər
Yük maşınından akvarium düzəltdilər
İsveçin məşhur “Scania” avtomobil markasının Stokholmda yerləşən ofisində maraqlı bir akvarium quraşdırılıb. Cars-az xəbər verir ki, Avtolent.az-ın İsveç mətbuatına istinadən verdiyi xəbərə görə, akvarium “Scania” markalı yük avtomobilinin kabinəsindən hazırlanıb. 1700 litr su tutan akvariumda yüzlərlə balıq saxlanılır.