04.11.2015
Avtoxəbər
Nəhəng avtomobil iki nəfəri o dünyalıq etdi
Rusiyada dəhşətli qəza baş verib. Cars-az-ın anspress-ə istinadən verdipyi məlumata görə, Novorossiyskdə baş verən qəza zamanı TIR qarşısına çıxan nəqliyyat vasitələri ilə toqquşub. Yük maşınının əyləcində baş verən nasazlıq səbindən faciəvi qəza baş verib. Saatda 100 kilometr sürətlə hərəkət edən TIR tozu dumana qatıb. TIR qarşısına çıxan betonqarışdıran maşınla toqquşub. Hadisə nəticəsində 2 nəfər dünyasını dəyişib. Dəhşətli qəzanın görüntüləri saniyə-saniyə kameralarda əks olunub.