04.11.2015
Avtoxəbər
Yer aralanıb dayanacaqdakı sərnişinləri "uddu"
Çinin qərbindəki Heilongjanq əyalətinin bağlı Harbin şəhərində dəhşətli hadisə baş verib. Belə ki, yolda birdən-birə açılan dəlik dayanacaqda avtobus gözləyən 5 nəfəri "udub". Həmin anlar müşahidə kamerasının yaddaşına köçürülüb. İki metr dərinlikdə olduğu bildirilən dəliyə düşənlər yüngül yaralarla xilas olublar. Hadisənin səbəbləri araşdırılır.