Piyada keçidindən 20 metr aralıda maşın vurub öldürdü – FOTO - ÖZƏL

Piyada keçidindən 20 metr aralıda maşın vurub öldürdü – FOTO - ÖZƏL

Piyada keçidindən 20 metr aralıda maşın vurub öldürdü – FOTO - ÖZƏL

Bu gün saat 21.45 radələrində Bakının Neftçilər prospektində ağır yol qəzası baş verib. Cars-az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, «Kukla teatrı»nın qarşısındakı piyada keçidindən təxminə 20 metr kənardan bulvara keçməyə çalışan yaşlı kişini «Jeep-Grand Sherokee» markalı avtomobil vurub. Piyada aldığı xəsarətdən hadisə yerindəcə keçinib.

Əldə etdiyiimiz məlumata görə, 1938-ci il təvəllüdlü piyadanın kimliyi dəqiq bilənməsə də, onun Qobustan rayon sakini olduğu məlum olub. Hadisə yerinə gələn yol polisi əməkdaşları mərhumun üzərindən tapılan mobil telefon vasitəsilə onun yaxınlarına məlumat verə biliblər.

Hazırda faktla bağlı Səbail rayon prokurorluğunda araşdırma aparılır.

Emin

Dostlarınla paylaş


Şərhlər


Top