04.11.2015
Avtoxəbər
Xarici işlər nazirinin maşını od tutub yandı
Antalyada görüşlər keçirən Türkiyənin keçmiş Xarici İşlər naziri Mövlud Çavuşoğlunun xidməti avtomobili bir anda alışaraq yanıb. Cars-az avropa.info-ya istinadən xəbər verir ki, Mövlud Çavuşoğlu mühafizəçilərin köməkliyi ilə maşından düşürülərək, avtomobilin söndürülməsi üçün müdaxilə edilib. Çavuşoğlu mühafizəçiləri vasitəsilə hadisə yerindən ayrılıb. Bundan sonra yanğın söndürülüb. Çavuşoğlu mətbuata açıqlamasında ciddi bir problemin olmadığını ,mühərrikin aşağı hissəsinə daxil olan bir neylon parçasının od tutduğunu deyib.