04.11.2015
Avtoxəbər
Uçan maşından pis xəbər var
Mərkəzi Slovakiyada yerləşən şirkətin 20 illik fəaliyyəti nəticəsində ortaya çıxan "Aeromobil" adlı uçan maşın növbəti test sürüşü zamanı pilotla birlikdə qəzaya uğrayıb. Yerli mətbuatın yazdığına görə, maşını idarə edən 54 yaşlı Ştefan Klein qəzadan bir an əvvəl paraşütlə tullanmağa macal tapıb. Bir neçə ay əvvəl reklamı edilən avtomobil sayəsində həm quruda, həm də havada yol qət etmək mümkün olacaqdı. İki nəfərlik idman görünüşlü avtomobilin avtopilot texnologiyası və mümkün qəza vəziyyəti üçün iki ədəd paraşütü var. 2017-ci ildə bazara çıxarılması gözlənilən avtomobilin qəza səbəbi ilə bu tarixdə satışa çıxması real görünmür.
xəzərxəbər