34 uşağı olan kişi qəzada öldü

34 uşağı olan kişi qəzada öldü

Rusiyanın Samara şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Anspress-in məlumatına görə, "QAZ-3035" maşını qarşıdan gələn "Mercedes" markalı avtomobillə toqquşub. Qəza nəticəsində "QAZ-3035" maşının sürücüsü Anatoli Çekmarev ağır yaralanıb. Hadisə yerinə təcili tibbi yardım gələnə kimi sürücü dünyasını dəyişib. "Mercedes" sürücüsü isə hadisədən yüngül xəsarətlə xilas olub.

Polis məlumat verib ki, A.Çekmarev 34 uşaq atası olub. Onun ailəsi rəqslə məşğul olurmuş. 8 doğma və 26 övladlığa götürülmüş uşaq atası olan Anatoli həmin balacalara rəqs öyrədirmiş.

Dostlarınla paylaş


Şərhlər


Top