Bakıda "Jaquar"la qəza törədən 19 yaşlı gəncə AĞIR CƏZA

Bakıda "Jaquar"la qəza törədən 19 yaşlı gəncə AĞIR CƏZA

Bakıda "Jaquar"la qəza törədən 19 yaşlı gəncə AĞIR CƏZA

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Kənan Hüseynlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Cars-az-ın lent.az-a istinadən məlumatına görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının qərarı ilə K.Hüseynli 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə keçən il oktyabrın 19-da saat 01 radələrində Xətai rayonunda baş verib. Nobel prospektində Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü Hüseynli Kənan Şahin oğlu idarə etdiyi “Jaguar” markalı avtomobili qarşıda gedən Türkiyə vətəndaşı Əhməd Damların idarə etdiyi “Kögel” markalı avtomobilə çırpıb. K.Hüseynli və avtomobilindəki 3 sərnişini xəstəxanaya yerləşdirilib. Hadisəni törətməkdə təqsirli bilinən K.Hüseynli saxlanılıb.

Dostlarınla paylaş


Şərhlər


Top