04.11.2015
Avtoxəbər
Türkiyə elektrik mühərrikli avtomobil istehsal edəcək
Türkiyə yerli avtomobilinin ilk görüntüsünü yayıb. Cars-az fins-ə istinadən xəbər verir ki, bu barədə trthaber-ə açıqlamasında ölkənin Elm, Sənaye və Texnologiya Naziri Fikri İşıq, yerli avtomobilə dair 3 prototip istehsal edildiyini söyləyib. Onun sözlərinə görə, avtomobilin elektrik mühərrikli olması planlaşdırılır. Araşdırma-İnkişaf etdirmə işlərinin davam etdiyini deyən İşıq bunları əlavə edib: "Yerli avtomobil layihəsi eyni zamanda bir texnologiya inkişaf etdirmə platformasıdır. 2019-cu ilin sonuna qədər ardıcıl istehsala başlanılmasını planlaşdırırıq. 2020-ci ildə insanlara türk markası olan avtomobil təqdim edəcəyik”.