Toyota maşınları zay çıxdı - 320 min avtomobil geri çağırılıb

Toyota maşınları zay çıxdı - 320 min avtomobil geri çağırılıb

Toyota maşınları zay çıxdı - 320 min avtomobil geri çağırılıb

Yaponiyanın və dünyanın ən böyük avtomobil istehsalçılarından olan Toyota konserni ABŞ-da təqribən 320 min avtomobilini geri çağırıb.

Səbəb təhlükəsizlik yastığının özbaşına işə düşməsidir. Сars-az abc-yə istinadən bildirir ki, geri çağırılan modellər 2005-2006-cı ildə istehsal olunmuş Tundra Sequoia, 2003-2006-cı ildə buraxılmış Land Cruiser və 2004-2006-cı illərdə istehsal olunmuş 4-Runner, habelə Lexus: LX470 (2003-2006) və GX 470 (2004-2006) modelləridir.

Konsernin yaydığı açıqlamada bildirilir ki, maşınların damının yan hissəsində quraşdırılmış təhlükəsizlik qövsü də sıradan çıxa bilər. Təhlükəsizlik yastığının proqram təminatını dilerlər pulsuz dəyişəcəklər.

Dostlarınla paylaş


Şərhlər


Top