01.02.2016
Avtoxəbər
Bakıda vəzifəli şəxsin avtomobilinin nömrəsi oğurlanıb
Bakıda avtomobil nömrəsi oğurlanıb. Lent.az xəbər verir ki, hadisə Səbail rayonu Aydın Məmmədov küçəsində qeydə alınıb. Həmin küçədə yaşayan 1980-ci il təvəllüdlü Ağayev Qorxmaz Siracəddin oğlu polisə müraciət edərək bildirib ki, gecə saatlarında küçədə saxladığı "Mercedes 450" markalı avtomobilinin arxa nömrə nişanları oğurlanıb.
Qeyd edək ki, Q.Ağayev “Azmont İnvestments”MMC-nin qanuni təmsilçisi və “Caspian Development Bank”ın Müşahidə Şurasının üzvüdür.