Notice: getimagesize(): Read error! in /sites/cars-az.com/system/library/image.php on line 35Notice: Trying to access array offset on value of type bool in /sites/cars-az.com/system/library/image.php on line 37Notice: Trying to access array offset on value of type bool in /sites/cars-az.com/system/library/image.php on line 38 Sürücülər diqqətli olun – Yeni cərimə sistemi işə düşdü

Sürücülər diqqətli olun – Yeni cərimə sistemi işə düşdü

Sürücülər diqqətli olun – Yeni cərimə sistemi işə düşdü

Sürücülər diqqətli olun – Yeni cərimə sistemi işə düşdü

Bu vaxta qədər sürət həddini 10-20 km/saat aralığında aşmağa görə sürücülərə cərimələr tətbiq edilmirdi. Amma “ASAN” ödəniş sisteminin işə düşməsi ilə sürət həddini 10 km/saatdan artıq aşan sürücülər haqqında da elektron protokollar tərtib edilir. Yol polisinin mərkəzi məlumat bazasında sürücülər haqqında olan məlumat “ASAN xidmət”in bazasında göndərilir. Daha sonra isə sürücülər məlumatlandırılır.

Ötən il İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdə nəzərdə tutulmuşdu ki, yalnız “ASAN” ödəniş sistemi işə düşdükdən sonra sözügedən sürət həddini aşmaya görə cərimələr tətbiq edilsin. Cərimələrin məhz indiyədək tətbiq edilməməsinin səbəbi də budur.

Nəzərdə tutulmuş sürət həddini 10-20 km aşmağa görə cərimənin məbləği 10 manatdır. Əvvəllər isə 30 manat idi. Protokolların tərtib edilməsi haqqında SMS məlumat bütün sürücülərə göndərilmir. Avtomobillərin qeydiyyatı zamanı sürücülərdən mobil nömrələrin istənilməsi yalnız ötən il məcburi olub, ondan əvvəl isə formal xarakter daşıyıb. Avtomobilini 2014-cü ildən qeydiyyata salanlara SMS məlumatı gəlməsə də, onlar da sürət həddini aşmağa görə cərimələnəcəklər.

Dostlarınla paylaş


Şərhlər


Top