Notice: getimagesize(): Read error! in /sites/cars-az.com/system/library/image.php on line 35Notice: Trying to access array offset on value of type bool in /sites/cars-az.com/system/library/image.php on line 37Notice: Trying to access array offset on value of type bool in /sites/cars-az.com/system/library/image.php on line 38Notice: getimagesize(): Read error! in /sites/cars-az.com/system/library/image.php on line 35Notice: Trying to access array offset on value of type bool in /sites/cars-az.com/system/library/image.php on line 37Notice: Trying to access array offset on value of type bool in /sites/cars-az.com/system/library/image.php on line 38 Bərk sürənlərə pis xəbər; sürəti 10 km aşanda da radara düşəcəksiz

Bərk sürənlərə pis xəbər; sürəti 10 km aşanda da radara düşəcəksiz

Bərk sürənlərə pis xəbər; sürəti 10 km aşanda da radara düşəcəksiz

Bərk sürənlərə pis xəbər; sürəti 10 km aşanda da radara düşəcəksiz

Son günlər sürət rejiminə əməl etməyən bəzi sürücülər sürət həddini 10 km/saatdan artıq aşmağa görə MMX radar protokolu aldıqlarını deyirlər. Onlar Cars-az-a bildiriblər ki, məsələn, 60-lıq yolda 73-lə radara düşənlər var. Maraqlıdır ki, indiyə qədər qanunvericilikdə nəzərdə tutulan sürət həddini 10-20 km aşmağa görə cərimə tətbiq olunmurdu. Yəni, bu qayda pozuntusuna görə radara düşənə rast gəlinmirdi. Amma son günlər bu qəbildən olan radar bildirişləri alan sürücülərin sayı artdığı üçün Cars-az bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsindən münasibət öyrənib. İdarənin şöbə rəisi, polkovnik Kamran Əliyev bildirib ki, həqiqətən də son günlər yollarda müəyyən edilmiş sürət həddini 10 km-dən artıq aşanları da radar çəkir və sürücünün ünvanına müvafiq məktub göndərilir. Eyni zamanda, bununla bağlı sürücələrə «ASAN xidmət»in məlumat mərkəzindən SMS göndərilir: «Məlum olduğu kimi, bu məsələ ilə bağlı müvafiq sərəncam da verilib. Artıq «ASAN xidmət»in SMS-məlumat sistemi işə düşüb. Yollardakı radarları da elə qurublar ki, sürücü nəzərdə tutulmuş sürət həddini 10 km-dən artıq aşan kimi radar qurğuları onu qeydə alır və cərimə tətbiq olunur. Odur ki, sürücülər diqqətli olsunlar və sürət həddini aşmasınlar».

Qeyd edək ki, nəzərdə tutulmuş sürət həddini 10-20 km aşmağa görə cərimənin məbləği 10 manatdır. Əvvəllər isə 30 manat idi.

Elməddin

Dostlarınla paylaş


Şərhlər


Top