28.12.2015
Avtoxəbər
"Range Rover"in sürücüsü ABŞ səfirliyinin avtomobilini vurub qaçdı
ABŞ-ın Azərbaycandakı səfirliyinə məxsus avtomobil qəzaya düşüb. Cars-az report-a istinadən xəbər verir ki, Bakıda "TAN" MMC-yə məxsus "Range Rover" markalı avtomobili səfirliyin "Mitsubishi Pajero" markalı maşınına çırpılıb. Şirkət avtomobilinin naməlum sürücüsü qəzanı törətdikdən sonra hadisə yerini tərk edib. Səfirliyin avtomobilinə isə ciddi zərər dəyib.
Faktla bağlı araşdırma aparılır.