27.12.2015
Avtoxəbər
Administrasiyanın maşını qəzaya düşdü - PA 580
Prezident Administrasiyasına məxsus BMW markalı avtomobil qəzaya düşüb. Cars-az musavat.com-a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonunda H.Seyidzadə küçəsində baş verib. Bakı şəhər sakini 1961-ci il təvəllüdlü Teymur Rəhimovun idarə etdiyi və Prezident Administrasiyasına məxsus "BMW" markalı 10 PA 580 dövlət nömrə nişanlı avtomobil Bakı sakini 1967-ci il təvəllüdlü Leyla Abdullayevanın idarə etdiyi “Okean avto” MMC-yə məxsus "Hyundai Accent" markalı 10 PT 068 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Hər iki avtomobilə zərər dəyib. Sürücülərdən ağır xəsarət alan olmayıb.