Dünyanın ən məşhur "maşın ölüxanası" bağlanır

Dünyanın ən məşhur "maşın ölüxanası" bağlanır

Dünyanın ən məşhur "maşın ölüxanası" bağlanır

Bu zibilxananı amerikalılar "maşın məzarlığı" adlandırırlar. 54 illik tarixi olan məkan dünyanın ən məşhur zibilxanası kimi tanınır.

ABŞ-ın Los-Anceles şəhərindəki "Aadlen Brothers Auto Wrecking" zibilxanasında avtomobillər və elektrik əşyaları sıralanıb.

Cars-az milli.az-a istinadən bildirir ki, zibilxanadan indiyədək Hollivudun 200 filminin çəkilişlərində istifadə olunub.

Məsələn, Stiven Spilberq 1975-ci ildə "Jaws" filmini çəkəndə köpəkbalığı "yaratmaq" üçün məhz bu zibilxanadakı detallardan istifadə olunmuşdu.

"The Hangover", "The Fall Guy", "The A-Team", "Brooklyn Nine-Nine" kimi filmlərdə bu zibilxanadan anturaj qismindən yararlanıblar.

Zibilxananın sahibi, 60 yaşlı Natan Adlenin dediyinə görə, 26 hektarlıq ərazini satıb və burada villalar kompleksi inşa ediləcək.

Dostlarınla paylaş


Şərhlər


Top