15.02.2016
Avtoxəbər
"McLaren" də "Honda" motorunu işə saldı - AUDİO
Formula 1-də yarışan "McLaren" komandası qarşıdakı mövsümdə istifadə edəcəyi boliddə "Honda" motorunu ilk dəfə işə salıb. Сars-az "F-1.az" saytına istinadən xəbər verir ki, komanda "Tvitter" bloqu vasitəsilə MP4-31-in səsini də paylaşıb. Xatırladaq ki, komanda keçən il "Honda" mühərrikləri ilə olduqca pis təsir bağışlamışdı. Bu il isə artıq bütün problemləri həll edərək ön sıralar uğrunda mübarizə aparmaq istəyirlər.