Bakı-Qazax yolunda dəhşətli qəza: 2 ölü

Bakı-Qazax yolunda dəhşətli qəza: 2 ölü

Bakı-Qazax şossesinin 479-cu kilometrliyində 2 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Сars-az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub. Məlumatda bildirilir ki, qəza zamanı “VAZ” markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı səkiyə cırpılıb. Hadisə yerinə dərhal yanğınsöndürən-xilasedicilər cəlb olunub. Xilasedicilər avtomobilin sahibi E.Bəyimov, sərnişin Ş.Əhmədovun cəsədini və müxtəlif bədən xəsarətləri almış digər sərnişini avtomobildən cıxararaq aidiyyatı üzrə təhvil veriblər.

Emin

Dostlarınla paylaş


Şərhlər


Top