23.02.2016
Avtoxəbər
"Lifan" avtomobillərinin yığılması mümkündür - Gəncə Avtomobil Zavodunda
Gəncə Avtomobil Zavodunda (GAZ) da Çin istehsalı olan "Lifan" avtomobillərinin yığılması prosesinin təşkili mümkündür. Сars-az xəbər verir ki, bu barədə "report"a açıqlamasında Gəncə zavodunun direktoru Kamran Nəzərov deyib.
"Əgər Naxçıvan Avtomobil Zavodundan təklif gələrsə, biz onlarla əməkdaşlıq etməyə hazırıq", - deyə GAZ-da bu avtomobillərin istehsalı bağlı suala aydınlıq gətirən müəssisə rəhbəri bildirib.
K.Nəzərovun sözlərinə görə, hazırda Gəncə Avtomobil Zavodunda 36 növ avtomobil və traktor istehsal edilir: "İstehdal edilən traktorların ehtiyat hissələrinin 11%-i, avtomobillərin isə ehtiyat hissələrinin 40-50%-i yerli istehsalın payına düşür. Bu prosesi tam lokallaşdırmaq istəyirik".