23.02.2016
Avtoxəbər
1 milyondan çox avtomobil geri çağrıldı - "Honda" və "Toyota"
Yaponiyanın iki böyük firması “Honda” və “Toyota” Çində 1 milyon 348 min 778 avtomobilini geri çağırıb. Сars-az xarici mətbuata istinadən xəbər verir ki, Çinin Karantin və Keyfiyyəti Yoxlama İdarəsi bildirib ki, “Honda”nın 2006-cı ilin aprelindən 2012-ci ilin iyulunadək istehsal olunan 533 min 350 “CR-V” modelinin və 2011-2015 arası istehsal olunan “Fit”, “City”, “Everus” modellərini əhatə edən 382 min 90 avtomobili hava yastıqlarındakı problemlə əlaqədar geri çağırılıb. “Toyota”nın 433 min 338 “RAV4” modelini geri çağırmasına səbəb isə arxa kreslosundakı problemdir. Geri çağırılan avromobillərin problemli hissələrinin pulsuz dəyişdiriləcəyi bildirilib.