04.11.2015
Avtoxəbər
"Beşiktaş"lı futbolçunun yeni "Ferrari"si
"Beşiktaş"lı futbolçu Tolqa Zəngin yeni "Ferrari"si ilə görüntülənib. Cars-az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, "Beşiktaş"ın qapıçısı Tolqa Zəngin lüks avtomobili ilə restorandan çıxarkən jurnalistlər tərəfindən görüntülənib. Sakit və təmkinli futbolçu kimi tanınan T.Zəngin jurnalistlərdən onun maşınla şəklini çəkməməyi xahiş edib. Futbolçu jurnalistlərə "mənim maşınla şəklimi çəkməyin. Məni utandırırsınız" deyib. Lakin jurnalistlər gənc və təcrübəli qapıçını yeni maşını ilə görüntüləyib.