04.11.2015
Avtoxəbər
Paytaxtda reyd: 95 avtobus sürücüsü cərimələndi
Bakıda 95 marşrut avtobusu sürücüsü cərimələnib. Cars-az xəbər verir ki, bu barədə Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı oxu.az-a bildirib ki, “Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Bakı Sərnişin və Yük Daşımaları” MMC əməkdaşları tərəfindən aparılan reydlər nəticəsində keçən həftə 95 marşrut avtobusu sürücüsü cərimələnib.
Məlumata əsasən, 1 avtobus sürücüsü avtobusu sənədsiz idarə etdiyi üçün, 8 avtobus sürücüsü avtobusu qapını açıq idarə etdiyi üçün, digər 86 avtobus sürücüsü isə dayanacaqdan kənarda avtobusu saxlayaraq sərnişin götürdüyü üçün cərimələnib.
Hazırda paytaxt ərazisində reydlər davam etdirilir.