23 yaşlı oğlanın motosikletini oğurladılar

23 yaşlı oğlanın motosikletini oğurladılar

Bakının Səbail rayonunda motosiklet oğurlanıb.

Cars-az-ın Lent.az-a istinadən məlumatına görə, hadisə H.Z.Tağıyev küçəsində (Fransa səfirliyinin yaxınlığı) baş verib. 1992-ci il təvəllüdlü Şirinli Nihat Mahir oğlu özünə məxsus olan qara rəngli “Zontes”i küçədə saxlayıb. Bir müddət sonra geri qayıtdıqda o, motosikletinin oğurlandığını görüb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində motosikletin Neftçala sakini Şükürxan Paşayev tərəfindən oğurlanması müəyyən edilib və o tutulub.

Dostlarınla paylaş


Şərhlər


Top