Paytaxtda 70 «avtoş» saxlanılıb

Paytaxtda 70 «avtoş» saxlanılıb

İlin əvvəlindən bu günə kimi Bakıda 70 avtoxuliqan tutularaq barələrində inzibati həbs tədbirləri görülüb. Cars-az-ın məlumatına görə, polis əməkdaşlarının tələblərinə məhəl qoymayaraq yayınmağa nail olan 9 sürücü barəsində tərtib olunmuş raport əsasında onların aşkar edilməsi istiqamətində işlər aparılır. Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib. Keçirilən reydlərin məqsədi günün istənilən saatlarında hər bir insanın rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təşkil edilməsidir.

Emin

Dostlarınla paylaş


Şərhlər


Top