Bakıda "avtoş" tutuldu

Bakıda "avtoş" tutuldu

Bakıda avtoxuliqanlıqla məşğul olan şəxs saxlanıb. Cars-az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, əməliyyat Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti əməkdaşları tərəfindən saxlanılıb. Fevralın 18-də Gülhüseyn Qasımov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri etdiyinə görə saxlanılıb. Onun barəsində toplanmış material Xəzər rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarına əsasən, G.Qasımov İnzibati Xətalar Məcəlləsinin 296-1.1 maddəsi ilə təqsirli bilinərək 1 il müddətində nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib. Onun barəsində 20 gün həbs inzibati tənbeh növü tətbiq edilib.

Faktla bağlı araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top