04.11.2015
Avtoxəbər
“Moyka”dan maşın qaçırıb qəza törətdi
Dünən Yasamal rayonu ərazində xuliqanlıq hadisəsi və yol qəzası baş verib. Cars-az xəbər verir ki, “qafqazinfo”nun əldə etdiyi məlumata görə, yanvarın 28-də saat 17:50 radələrində işlədiyi “moyka”dan maşın qaçıran şəxs qəza törədib. Yasamal rayonu ərazisində Ə.Ələkbərzadə küçəsi 38-də yerləşən avtoyuma məntəqəsində işləyən Bakı şəhər sakini 1988-ci il təvəllüdlü Azim Şükürov 1954-cü il təvəllüdlü Bəxtiyar Yusif oğlu Cəfərova məxsus Mercedes markallı avtomobili qaçırıb. A.Şükürov saat 18:20 radələrində Landau küçəsi 18-in qarşısında Ədliyyə Nazirliyinə məxsus Hundai markalı 10 AO 092 və Toyota markalı 10 AO 017 nömrəli avtomobilləri vuraraq əzib.
Hadisə nəticəsində xəsarət alan olmayıb. A.Şükürov saxlanılıb.