04.11.2015
Avtoxəbər
Bu xəbər xanım sürücüləri məyus edəcək
Dünyanın müxtəlif ölkələrində yol hərəkəti təhlükəsizliyi məsələləri ilə məşğul olan qurumlar maraqlı nəticəyə gəliblər: eyni xarakterli qəzada qadın sürücü kişi sürücüyə nisbətən daha ağır xəsarət alır. Bir az baş sındırandan sonra məlum olub ki, avtomobilin təhlükəsizlik sistemlərini sınaqdan keçirmək üçün keçirilən bütün kraş-testlərdə anatomik göstəriciləri orta statistik kişiyə uyğun olan sürücü manikenindən istifadə olunur. Bu səbəbdən bütün təhlükəsizlik sistemi kişilər üçün hesablanıb. Beləcə, sürücü qadınların da olduğu yada düşməyib.
Fidan