Məmurların maşınlara xərclədiyi ŞOK RƏQƏMLƏR

Məmurların maşınlara xərclədiyi ŞOK RƏQƏMLƏR

Məmurların maşınlara xərclədiyi ŞOK RƏQƏMLƏR

Prezident İlham Əliyev məmurlara xarici avtomobillərdən düşüb, Naxçıvan Avtomobil Zavodunun (NAZ) istehsalı olan "LİFAN"a minməyi tövsiyə etdi. Bu avtomobillərin qiyməti markasından asılı olaraq 7-22 min manat civarındadır.

Сars-az bizimyol.info-ya istinadən xəbər verir ki, hələ 2014-cü ildən MR Ali Məclisinin sədri Vasif Talıbov Naxçıvanda "LİFAN" markasından başqa avtomobillərin sürülməsinə qadağa qoyub. Bizdə bu avtomobilləri dövlət daha çox əlillərə verir. Azərbaycanda dövlət qurumlarına xidməti avtomobillərin alınmasına büdcədən vəsaitlərin ayrılması barədə ən son məlumat 2011-ci ilə aiddir. 2006-cı ildən 2011-ci ilədək bu məqsədlə dövlət büdcəsindən 400 milyon manat vəsait xərclənib. Bundan sonra həmin statistika aparılmayıb. Odur ki, adətən bu statistikaya istinad olunur. Həmin sahədə bir neçə il əvvəl araşdırma aparan jurnalist Anar Xanbəyli deyirdi ki, xidməti avtomobillər təkcə büdcədən ayrılmış vəsaitlə yox, həm də büdcədən kənar, yəni qazanılan pullarla alınır və o halda büdcə təşkilatlarının avtomobil parkının yenilənməsinə həmin dövrdə yarım milyard dollardan çox vəsait xərclənib. Jurnalist məmurların xidmətində olan avtomobilləri də araşdırmışdı. Bəlli olmuşdu ki, nazirlər, komitə sədrləri, əsasən, "Mercedes S-klass" və "BMW-745" markalı avtomobillərdə gəzirlər.

Dostlarınla paylaş


Şərhlər


Top