27.01.2016
Avtoxəbər
Ölkədə avtomobil istehsalı artıb
Maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 302,3 milyon manatlıq məhsul istehsal edilib.
Сars-az publika.az-a istinadən xəbər verir ki, əvvəlki illə müqayisədə maşın və avadanlıqların istehsalı 28,5 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 5,4 faiz azalıb, avtomobil və qoşquların istehsalı isə 4,6 faiz artıb. İl ərzində 85,9 faiz az məişət kondisioneri, 24,5 faiz az traktor, 60,9 faiz az minik avtomobili istehsal edilib. Hesabat dövründə 385 ədəd və ya 35,6 faiz çox yük avtomobili istehsal olunub.