04.11.2015
Avtoxəbər
İranda dəhşətli avtobus qəzası, 24 ölü
İranda ağır yol-nəqliyyat hadisəsi baş verib. Turistləri daşıyan avtobus dağdan aşıb. Ağır qəza nəticəsində 24 turist dünyasını dəyişib. Ölən turistlərin hamısının İraq vətəndaşı olduğu bildirilir. Bundan başqa dəhşətli qəza zamanı daha 16 nəfər ağır yaralanıb. Verilən məlumata görə, avtobusda olanların hamısı İrana gəzməyə gələn iraqlı turistlər olub. Son məlumatlara görə, qəza zamani avtobusda 25-i qadın olmaqla 40 nəfər insan olub.
Fidan