04.11.2015
Avtoxəbər
Avtomobiliniz cərimə meydançasına aparıla bilər
Azərbaycanda icbari qaydada sığortalanmamış avtomobillər yol hərəkətindən uzaqlaşdırıla bilər. Cars-az-ın xəbərinə görə, bunu İcbari Sığorta Bürosunun (İSB) icraçı direktoru Elxan Quliyev bildirib. Onun sözlərinə görə, son vaxtlar cərimələrin artırılması ilə əlaqədar sığortalı avtomobillərin sayı xeyli artıb, amma digər ölkələrlə müqayisədə bu rəqəm azdır: “Buna görə də yaxın zamanlarda icbari sığorta edilməyən avtomobillərin ümumiyyətlə yol hərəkətindən uzaqlaşdırılması üçün Maliyyə Nazirliyinə müraciət etməyə hazırlaşırıq”.
Emin