04.11.2015
Avtoxəbər
Heydər Əliyev prospektində təmir işləri təxirə salındı
Heydər Əliyev prospektində nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Cars-az-a verilən məlumata əsasən Heydər Əliyev prospekti köməkçi yol- Mərkəzdən Hava limanı istiqamətində Bağırov körpüsünün alt hissəsində tuneldə aparılan təmir-bərpa işləri nəqliyyat vasitələrinin hərəkətində yarana biləcək sıxlığı nəzərə alaraq həftəsonuna təxirə salınıb. Hal-hazırda yolda nəqliyyat vasitələrinin hərəkətinə heç bir məhdudiyyət yoxdur.
Elmin