04.11.2015
Avtoxəbər
Bakının ən böyük prospekti iki günlük bağlanır
Sabahdan Heydər Əliyev prospektində köməkçi yolda hərəkət iki günlük tam məhdudlaşdırılacaq. Cars-az-ın məlumatına görə, bu barədə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib. P.Mürsəliyev bildirib ki, sabah saat 9:00-dan etibarən Heydər Əliyev prospektinin Bağırov körpüsünün alt hissəsində tuneldə aparılacaq təmir-bərpa işləri ilə əlaqədar tunelə giriş iki gün müddətinə tam məhdudlaşdırılacaq.
Fərid