Notice: getimagesize(): Read error! in /sites/cars-az.com/system/library/image.php on line 35Notice: Trying to access array offset on value of type bool in /sites/cars-az.com/system/library/image.php on line 37Notice: Trying to access array offset on value of type bool in /sites/cars-az.com/system/library/image.php on line 38 Hava isinir - PROQNOZ
Hava isinir - PROQNOZ

Hava isinir - PROQNOZ

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Cars-az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında aprelin 26-da havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 6-9, gündüz 15-19 dərəcə isti olacaq. Azərbaycanın bölgələrində aprelin 26-da hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 5-10, gündüz 15-20, bəzi yerlərdə 23 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyə kimi isti, gündüz 5-10, bəzi yerlərdə 15 dərəcə isti olacağı gözlənilir.

Fidan

Dostlarınla paylaş


Şərhlər


Top