Notice: getimagesize(): Read error! in /sites/cars-az.com/system/library/image.php on line 35Notice: Trying to access array offset on value of type bool in /sites/cars-az.com/system/library/image.php on line 37Notice: Trying to access array offset on value of type bool in /sites/cars-az.com/system/library/image.php on line 38 Ağsuda ağır qəza - ölən və yaralananlar var – FOTO

Ağsuda ağır qəza - ölən və yaralananlar var – FOTO

Ağsuda ağır qəza - ölən və yaralananlar var – FOTO

Ağsuda ağır qəza - ölən və yaralananlar var – FOTO

Ağsu rayonunda bir nəfərin ölümü, 4 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. Cars-az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 158-ci kilometrliyində, Ağsunun Pirhəsənli kəndi ərazisində qeydə alınıb. Ağsu sakini, 1974-cü il təvəllüdlü Musayev Elşad Əmircan oğlunun idarə etdiyi 90-XX-279 dövlət nömrə nişanlı, “Mercedes” markalı minik maşını qarşı tərəfdən gələn Ağsunun Pirhəsənli kənd sakini, 1979-cu il təvəllüdlü Qurbanov Əfrail Məhəbbət oğlunun idarə etdiyi H024546 nömrə nişanlı “Volkswagen Polo” markalı minik maşını ilə toqquşub.

Hadisə zamanı hər iki avtomobilin sürücüsü, eləcə də sərnişinlər, 1999-cu il təvəllüdlü Valehli Valeh Teymur oğlu, 1973-cü il təvəllüdlü Məmmədova Sevda Zülfü qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağsu Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Digər sərnişin, 1996-cı il təvəllüdlü Valehli Sərfinaz Teymur qızı aldığı ağır xəsarətlər səbəbindən dünyasını dəyişib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top