04.11.2015
Avtoxəbər
Gürcüstandan Azərbaycana avtomobil ixracı kəskin azaldı
2015-ci ilin yanvar-avqust aylarında Gürcüstandan Azərbaycana 51 milyon 238 min dollar dəyərində 2 844 ədəd minik avtomobili ixrac olunub.
Cars-az xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidmətindən bildirilib.
Komitədən bildirilib ki, bu ötən ilin anoloji dövrü ilə müqayisədə 130 milyon 891 min dollar və ya 72% azdır.
Qeyd edək ki, 2014-cü ildə Azərbaycana Gürcüstandan 13 790 minik avtomobili idxal olunmuşdu.