04.11.2015
Avtoxəbər
Bir gündə 20 «Niva» cərimə meydançasına salındı
Son günlər Bakıda yol polislərinin bahalı avtomobillərə qarşı keçirdiyi kütləvi reydlər zamanı digər avtomobillər də diqqətdən yayınmayıb. Cars-az-ın məlumatına görə, hazırda Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ərazisində yerləşən iki cərimə meydançasında 20-dən artıq «Niva» markalı avtomobil var. Həmin avtomobillərdə qadağan olunmuş səs siqnalları, plyonka, konstruksiya dəyişikliyi aşkarlandığı üçün cərimə meydançasına salınıb.
Cars-az «Niva» markalı avtomobillərin cərimə meydançasında çəkilmiş bir neçəsinin fotolarını təqdim edir:
Elməddin