Bu yolda təmir başa çatdı  

Bu yolda təmir başa çatdı  

Heydər Əliyev prospektinin köməkçi hissəsində nəzərdə tutulan işlər yekunlaşıb. Cars-az-ın məlumatına görə, Heydər Əliyev prospektinin köməkçi hissənin Böyük Şor qovşağından Ramstor qovşağına qədər olan sahəsində dünən gecə saat 21:00-dan başlayan işlər gecə saat 3-4 radələrində başa çatdırılıb. Görülən işlər çərçivəsində köməkçi tunelin rənglənməsi, yolun hərəkət hissəsinin üfüqi nişanlanması, eyni zamanda Heydər Əliyev Mərkəzinin qarşısından Ramstor qovşağına qədər olan 200 metrlik hissə 4,5 m enində genişləndirilib. Yolun bu hissəsinin genişləndirilməsi köməkçi hissədən əsas yol keçən sahədə tıxacların aradan qaldırılmasına hesablanıb.

Emin

Dostlarınla paylaş


Şərhlər


Top