07.02.2016
Avtoxəbər
Bakıda dəhşətli hadisə - Sürücü öz maşınının altında qaldı
Axşam saatlarında Bakının Xətai rayonunda faciəvi qəza nəticəsində bir nəfər həlak olub. Сars-az-ın ans press-ə istinadən məlumatına görə, 55 yaşlı şəxs “Chaqman” yük avtomobilini təmir edərkən onun altında qalıb. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Bədbəxt hadisə nəticəsində ölən sürücü Quba rayon sakini Seyidəhmədov İbrahimdir. Onun "Bakı Ağ Şəhər" ərazisində yerləşən şirkətlərdən birində çalışdığı qeyd olunur. Hazırda hadisənin baş verdiyi Xətai rayon Nəcəfqulu Rəfiyev küçəsində FHN xilasediciləri tərəfindən cəsədin maşının altından çıxarılması işi aparılır. Həmçinin polis və prokrorluq orqanlarının işçiləri hadisə yerində araşdırma aparır.