Məmur oğlunun milyonluq maşınları

Məmur oğlunun milyonluq maşınları

Vüsal Kazımov haqda yayılan xəbərlərlə bağlı rəsmi açıqlama veriləcək. Сars-az xəbər verir ki, bu barədə axar.az-a Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Səbail Rayon Prokurorluğunda işləyən Vüsal Kazımovun fotoları yayılan maşın kolleksiyası haqda danışarkən deyib.

Qeyd edək ki, Azəryolservis ASC-nin 71 saylı Yol İstismarı İdarəsinin sabiq rəisi Xaqani Kazımovun oğlu, Səbail Rayon Prokurorluğunda işləyən V.Kazımovun qiyməti milyonlarla ölçülən maşın kolleksiyasının fotoları yayımlanıb. Bahalı kolleksiyada Dubay şəhərinin seriya nömrəsi olan avtomobil də var. V.Kazımovun 2012-ci il sentyabrın 27-də Dubayda olduğunu təsdiqləyən vizasının şəkli də yayılıb.

Onun maşın həvəskarı olduğu və kolleksiyasını hər il yenilədiyi qeyd olunur.

http://img.milli.az/2016/02/05/404525_02.jpg

http://img.milli.az/2016/02/05/404525_03.jpg

http://img.milli.az/2016/02/05/404525_06.jpg

http://img.milli.az/2016/02/05/404525_05.jpg

Dostlarınla paylaş


Şərhlər


Top