Bakıda 18 avtobus sürücüsünün vəsiqəsi əlindən alındı

Bakıda 18 avtobus sürücüsünün vəsiqəsi əlindən alındı

Bakıda 18 avtobus sürücüsünün vəsiqəsi əlindən alındı

Bu ilin əvvəlindən bu günədək Bakıda avtobusu müvafiq sənədlər olmadan idarə etdiyinə görə 30, müvafiq sürücülük kateqoriyası olmadığına görə 18, avtobusu ümumiyyətlə, sürücülük vəsiqəsi olmadan idarə etdiyinə görə 39 sürücü inzibati məsuliyyətə cəlb edilib. Bu barədə Cars-az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov deyib. O qeyd edib ki, Bakı şəhəri üzrə 1 il müddətində tərtib edilmiş protokollar əsasında 20 və daha artıq cərimə balı topladığı üçün 18 avtobus sürücüsü sürücülük hüququndan məhrum edilib, polisin qanuni saxlama əmrinə tabe olmayan 21 sürücü barəsində təsirli tədbirlər görülüb.

Elməddin

Dostlarınla paylaş


Şərhlər


Top