04.11.2015
Avtoxəbər
Müğənninin 250 minlik "oyuncağı"
Cars-az xəbər verir ki, Tanınmış türk müğənnisi Murad Boz özünə yeni və bahalı maşıan almaq istəyir. Anspress-in məlumatına görə, ifaçının gözü "Audi RS6"ya düşüb.
Məlumata görə, avtomobilin qiyməti 248 min avrodur.
M.Boz bəyəndiyi maşını almamışdan öncə sınaq yürüşünə çıxmaq istəyib. Müğənni ötən gün İstanbul küçələrində yeni bahalı "oyuncağı" ilə gəzib.
Qeyd edək ki, Murat Boz müğənnilikdən başqa aktyorluq fəaliyyəti ilə də məşğul olur. Belə ki, dekabr ayında o, rol aldığı "Hadi İnşallah" filminin Bakıdakı qalasına da qatılıb.