Azərbaycanda bayker klipi

Azərbaycanda bayker klipi

Azərbaycanda bayker klipi çəkilib. Cars-az-ın anspress-ə istinadən məlumatına görə, tanınmış müğənni Rauf Bədəlzadə "Duy" mahnısının ekran versiyasında baykerlərə böyük yer verib. Rejissor Delee-nin ekranlaşdırdığı klipdə peşəkar baykerlər çəkilib. Çəkilişlər Rusiyada və Azərbaycanda aparılıb. Raufun tərəf müqabili rusiyalı modeldir.

Motosikletə ilk dəfə minən müğənni çəkiliş zamanı təhlükə ilə üzləşdiyini deyir: "Bir neçə dəfə qəza keçirdim. Çünki həyatımda ilk dəfə idi ki, motoskiletə minirdim, düşünməzdim ki, belə təhlükəli olar. 2-3 dəfə motoskiletin üzərindən aşdım, amma şükürlər olsun ki, çox ciddi zədələnməmişəm. Amma sizə deyim ki, sonra motosikletə öyrəşdim".

Qeyd edək ki, sözügedən mahnının sözü və musiqisi Zülfi Bədəlova aiddir.

Dostlarınla paylaş


Şərhlər


Top