Qubada Bakı sakininin maşını oğurlandı

Qubada Bakı sakininin maşını oğurlandı

Qubada oğurlanan “Mercedes” markalı avtomobil Siyəzən rayonu ərasizində tapılıb. Cars-az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, martın 21-də Bakı şəhər sakini Elvin Rəsulov Quba RPŞ-yə müraciət edərək martın 20-də Çiçi kəndindən “Mercedes” markalı avtomobilinin qaçırılmasını bildirib. Quba RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobilin Sumqayıt şəhər sakini Elvin Əliyev tərəfindən qaçırılması və Şabran rayonu ərazisində idarə edilərkən yol ayırıcısına vurulması müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.

Fidan

Dostlarınla paylaş


Şərhlər


Top