Ailə faciəsi: Bir qəzada 5 ölü

Ailə faciəsi: Bir qəzada 5 ölü

Türkiyədə Əskişəhir vilayətinin Sivrihisar şəhərində minik avtomobillərin iştirakı ilə baş verən ağır yol qəzasında bir ailənin 5 üzvü ölüb. Qəza zamanı daha 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralananlar xəstəxanaya çatdırılıb.

İlkin məlumatlara görə, Sivrihisar-Mihalıççık yolunda qarşıdan gələn sərnişin avtobusunun sürücüsü avtomobilə nəzarəti itirdiyindən dəhşətli qəza baş verib.

Faktla bağlı araşdırmalar aparılır.

anspress

Dostlarınla paylaş


Şərhlər


Top