04.11.2015
Avtoxəbər
Bakı metrosu ilə daşınan sərnişinlərin sayı açıqlandı
2015-ci ilin yanvar-iyun ayları ərzində nəqliyyatçılar 900,2 milyon nəfərə, və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,8% çox sərnişinə xidmət göstərib.
Bu barədə Cars-az-a Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Komitənin məlumatına görə, sərnişinlərin 87,3%-i və ya 786,1 milyon nəfəri avtomobil, 12,5%-i və ya 112,2 milyon nəfəri metro nəqliyyatının xidmətlərindən istifadə edib.