Yol polisinin qarşısından ruh kimi keçən «avtoş»un kimliyi bilindi
Təxminən bir il əvvəl Bakıda müəmmalı bir video yayılmışdı. Cars-az saytı həmin videonu Daxili İşlər Nazirliyinin «Təhlükəsiz həhər» xidmətindən əldə etmişdi və görüntülər həqiqətən heyrətamiz idi. Yolayrıcını keçən Yol-Patrul Xidməti avtobilinin qarşısından bir anda yüksək sürətlə başqa bir avtomobil keçir. Bir anlıq elə zənn etmək olar ki, avtomobil ruh kimi YPX maşınının ortasından keçir. Lakin diqqətlə baxdıqda görünür ki, həmin avtomobillə YPX avtomobilinin toqquşmamasız saniyədən də az bir zamanın nəticəsidir.
Bugünlərdə Cars-az-ın əməkdaşının sosial şəbəkələrdə apardığı araşdırma zamanı maraqlı video ortaya çıxıb. Fikrət Əliyev tərəfindən ötən ilin oktyabrında Yutuba yerləşdirilən videoda qeyd olunar ki, 10 YP 334 dövlət nömrə nişanlı YPX avtomobilinin qarşısından yüksək sürətlə keçən avtomobil Bakı kəndlərində «Cabir-012» ləqəbilə tanınan «avtoş» Cabirə məxsus olub. Yəni, maşını sürən Cabir imiş.
Cars-az həmin videonu təqdim edir:
Emin