Metroya minib-düşmək mədəniyyəti belə olmalıdır

Metroya minib-düşmək mədəniyyəti belə olmalıdır

Metroya minib-düşmək mədəniyyəti belə olmalıdır

Metroda eskalatorlarda hərəkət bir yana, vaqona minib-düşmək həmişə çətinlik yaradır. Vaqona minənlər düşənlərə, düşənlərsə minənlərə mane olur. Cars-az-ın təqdim etdiyi bu videoda isə metroda vaqonlara minib-düşməyin ən asan və mədəni yolu əks olunub. Görüntülər Yaponiyada çəkilib. Videodan da göründüyü kimi, sərnişinlər sıra ilə dayanıb gözləyirlər. Bir sıra sağda, digər sıra solda. Qatar dayananda qapılar açılır və vaqondan düşənlər minmək üçün sıraya duranların arası ilə rahat şəkildə hərəkət edib düşürlər. Sonra isə minənlər sıra ilə vaqona daxil olurlar.

Bu, əsl mədəniyyət və qarşılıqlı hörmətin göstəricisidir. Yəqin ki, dünyanın əksər ölkələrində, eləcə də Azərbaycanda bu cür qaydanı tətbiq etmək illərlə vaxt ala bilər…

Fidan

Dostlarınla paylaş


Şərhlər


Top