04.11.2015
Avtosfer TV
TIR avtomobili belə sürüdü
Türkiyədə dəhşətli yol qəzası baş verib. Cars-az Türkiyə mətbuatına istinadən xəbər verir ki, TIR avtomobili metrlərlə sürüdükdən sonra, avtomobil yolayırıcı sədlərə dəyərək dayanıb. Avtomobildəkilər qəzadan kiçik yaralanmalarla çıxa bilib. Ailəsiylə birlikdə Bursaya gəlməkdə olan avtomobil sürücüsü, önündəki digər maşınlara çatmaq istəyib, amma avtomobilin güzgüsü tıra ilişərək dəhşətli qəzaya səbəb olub. Qəzadan sonra arxadan gələn digər avtomobil dəmir yığnağına çevrilmiş avtomobilə dəyib. Toqquşmanın nəticəsində avtomobilin içindəkilər yola tökülüb. Avtomobildən tökülən 7 nəfər, qəzanı kiçik sıyrıqlarla sovuşdurub.