04.11.2015
Avtosfer TV
Hava şarı avtomobili sürüyüb qəzaya saldı
ABŞ-ın Viskonsin ştatında keçirilən hava şarı festivalında "Chevrolet Suburban" avtomobili uçmaq təhlükəsi ilə üzləşib. Bu barədə "Report" xarici KİV-lərə istinadən xəbər verir. Belə ki, festivalın keçirilməsi zamanı əsən güclü külək insanlara hava şarlarında uçmağa imkan verməyib. Bəzi insanlar aerostatları müxtəlif üsullarla, o cümlədən avtomobil vasitəsilə yerdə saxlamağa çalışıblar. Ancaq güclü külək avtomobili havaya qalxmaq təhlükəsi ilə üzləşdirib.